» » Oskarın ən yaxşı xarici film nominasiyasını alan 39 FİLM + SİYAHI

Favori Oskarın ən yaxşı xarici film nominasiyasını alan 39 FİLM + SİYAHI

Oskarın “ən yaxşı xarici film” nominasiyasını alan 39 FİLM+SİYAHI

İMDb :
Kinematoqraf haqqında dünyada mövcud olan ən nəhəng göstəricilərə malik bazası və veb-sayta olan bu internet nəhəngi həvəskarların sayəsində təkmilləşdirilir. Amma buna baxmayaraq, IMDb artıq qəbul olunmuş bir göstəricidir.
Bu günə qədər 67 əsər arasında "ən yaxşı xarici film" nominasiyası üzrə Oskar mükafatı qazanmış və ən yüksək IMDb xalına sahib 39 filmi seçərək kinofilm.men izleyicilerine təqdim edirik:

1. "La Vita e Bella” ("Həyat Gözəldir”) / 1997
IMDb: 8,6
Əsir düşmüş ata öz oğluna bunun bir oyun olduğunu və bu oyundan müvəffəqiyyətlə çıxarsa, hədiyyə olaraq oyuncaq tank alacağına dair söz verir – müharibə mövzulu bu film 3 nominasiya üzrə - "ən yaxşı xarici film”,” ən yaxşı kişi oyunçu” və "ən yaxşı musiqi” olmaq üzrə  Oskar mükafatı qazanıb.
İkinci Dünya müharibəsi başlamamışdan bir neçə il əvvəl filmin qəhrəmanı Guido gözəllər gözəli müəllimə Doraya vurulur və bütün maneələrə baxmayaraq onlar evlənirlər. Bütün çətinliklərlə yanaşı onların ailəsinə sevinc günəşi doğur və dünyaya uşaq gətirirlər. Sonra isə müharibə başlayır. Bu, həm də ata-oğul münasibətlərinin yeni mərhələsi deməkdir. Həm də onların yəhudi olması vəziyyəti bir qədər də qəlizləşdirir.Bütün çətinliklərə və mənfiliklərlə dolu həyata baxmayaraq ümid işığı həmişə var. Elə filmin adından da bu görünür.

2. "Nuovo Cinema Paradiso” ("Cənnət kinoteatrı”) / 1988
IMDb: 8,5
Alfred qəsəbə kinoteatrında çalışan bir operatordur. Onunla tanış olan gənc Salvatore həm də film, kino aləminə də yenicə addım atır. Bu yeni tanışlıq onda kinoya vurğunluq yaradır və o, dostundan işə götürülməsini xahiş edir. Alfredo onu assistant kimi işə qəbul edir. Salvadore yeni işiylə birlikdə qurduğu xəyal dünyasına ilk addımını atmış olur. Kinoya olan eşqi və Alfredoya qarşı duyduğu sevgisi gündən-günə artır.İtalya kinosunun ən qiymətli əsərlərdən biri kimi dəyərləndirilən "Cənnət kinoteatrı” böyük rejissorlardan biri Cüzeppe Tornatorenin ən gözəl filmlərindəndir.

3. "Das Leben der Anderen” ("Başqalarının həyatı”) / 2006
IMDb: 8,5
Bu film son dövr alman kinosunun ən əhəmiyyətli əsərlərindən biri sayılır. Film Berlinin ikiyə bölündüyü  divarın mövcud olduğu vaxtdan – şərqi Almaniyada baş verən hadisələrdən bəhs edir.
Hakimiyyətdə qalmaq istəyəni iqtidardaxili çaxnaşlar filmin əsas qayəsini təşkil edir. Bir nazir tərəfindən ölkə sənətçisinin təqib edilməsi əmrini alan kapitan Gerd Wieslerin müxtəlif hadisələrlə qarşılaşır. Süjetboyu kapitan izlənilən sənətçinin - teatr yazarının rejimə qarşı çıxmadığını, şübhəli hər hansı bir hərəkət etmədiyini ortaya çıxarır. Amma onun bu təqibinin alt qatında başqa məqsədin dayandığı filmin sonunda bəlli olur. Çünki zaman-zaman təqib olunan sənətçinin həyatına daxil olan kapitan Gerd Wiesler onunla dostluq münasibəti qura bilmişdi.


4. "Ladri Di biciclette” ("Velosiped oğruları”) / 1948
IMDb: 8,4
Ağır müharibə illərindən sonra ikiillik işsizlik mərhələsindən çıxan və nəhayət ki, özünə iş tapan Antonio xoşbəxtlikdən qanad açır. havalara uçmaqdadır. Amma ona işə gedib-gəlmək üçün velosiped lazımdır. Bunun üçün o, evindəki ən bahalı əşyasını – yataq dəstlərini satmağı gözə alır. Yataqsız qalacağını düşünən Antonio ən sonunda pul qazana biləcəyini düşünüb özünü xoşbəxt hiss edir. Lakin sən saydığını say, gör fələk nə sayır…
Yeni işinin ilk günündə velosipedi oğurlanan Antonio özünü itirir. Yaşadığı ailəvi və dünyəvi problemləri həll edə bilməsi üçün təcili olaraq velosipedinə yenidən qovuşmasını istəyir.
İtalyanın yeni həqiqətlərinin memarlarından olan Vittorio De Sicanın imzasını daşıyan "Velosiped oğruları” müharibəsən çıxan cəmiyyətinin portretini incəliklə nümayiş etdirir.


5. "Jodaeiye Nader az Simin” ("Nadirin Simindən ayrılması”) / 2011
IMDb: 8,4
4 ildir evli olan Nadir və Simin 11 yaşındakı qızları Terme ilə birlikdə Tahranda yaşayırlar. Simin qızı Termenin İrandakı mövcud şərtlər altında böyüməsini istəmədiyi üçün əri və qızıyla birlikdə ölkəni tərk etmək istəyir. Ancaq Nadir eyni fikirdə deyil. Çünki ailəylə yaşayan və Alzheimer xəstəsi olan atası üçün çox narahatdır. Nadirin İranda qalmağa qərar verməsi, Siminin boşanma iddiası açmasına səbəb olar. Məhkəmə isə cütün problemlərini boşanmaya səbəb olacaq dərəcədə hesab etmir və Siminin müraciətini geri qaytarır. Bundan sonra Simin  əri və qızından ayrılaraq valideynlərinin yanına gedir.
Xəstə atası və balaca qızı ilə tək qalan Nadir köməkçi götürmək məcburiyyətində qalır və hadisələr də bundan sonra daha kəskin forma alır… Çünki xəstə atasına baxmaq üçün işə götürdüyü Raziyə ilə bir çox problemlər yaşanacaqdır…
300.000 dollarlıq büdcəyə sahib olan film ölkəsi İrana  3.300.000 dollarlıq qazancla geri dönüb.


6. "Rashomon” ("Rasyomon”) / 1950
IMDb: 8,3
Təsadüfən meşədə qanlar içərisində olan bir adamın cəsədi aşkar olunur. Digər cinayət isə onun arvadının təcavüzə məruz qalmasıdır. Bu hadisənin şahidi olan yalnız üç adam var - səyyah, oduncu və quldur.
Məhkənə keçirilir, amma şahidlərin dediklərinin heç biri üst-üstə düşmür. Deməli, iki nəfər yalan danışır. Bəs həqiqəti deyən kimdir?
Film Akutaqava Rünoskenin "Rasyomon qapısı" və "Qalın meşədə" hekayələri əsasında çəkilib.
Son illərdə bu film "Kadokawa Pictures" yapon şirkəti və Amerika Kinoakademiyası tərəfindən bərpa edilib. Bu variantın ilk nümayişi 18 sentyabr 2008-ci ildə Los-Ancelesin Samuel Goldwyn Theater kinoteatrında keçirilib.
7. "Le Notte Di Cabiria” ("Kabiriyanın gecələri”) / 1957
IMDb: 8,3
Bədbəxt, melanxolik və ümidsiz bir fahişə olan Kabiriya Romanın qaranlıq küçələrində həqiqi məhəbbət axtarışındadır. Lakin hər dəfə o,  xəyal qırıqlığı yaşayır. Həyat ona həmişə heç də xoş olmayan sürprizlər bəxş edir. Beləcə bütün bu axtarışlar ona bədbəxtliklər gətirir. Onun görüşdüyü bütün adamlar, demək olar ki, Kabiriyadan öz maraqları üçün istifadə edirlər. Kabiriya həmişə ümidsiz vəziyyətdə Madonnaya dua edir ki, ona hədiyyə verilmiş ömrünü öz istəyinə uyğun yaşaya bilsin.
Və budur, nəhayət ki, ömrünü fahişəliklə keçirən Kabiriya arzularının kişisini tapır. Onun adı Oskardır. Həmin kişi mühasib işləyir və Kabiriyaya xoşbəxt və yalansız gələcək vəd edir. Kabiriya həyatını düzəltmək üçün yaxşı fürsət yarandığına sevinir. Və bu xoşbəxtliyin qanadlarında heç bir əlavə şey düşünmədən Oskara aşiq olur. Kabiriya öz evini satır və bütün pulları öz sevgilisinin ayağına gətirir.
Lakin Kabiriya heç ağlına belə gətirə bilməzdi ki, qarşıda onu nə gözləyir. Taleyin növbəti qəddar zərbəsi Kabiriyanı daxilən məhv edir. Filmin sonunda bütün əzablara baxmayaraq, Kabiriya üzündə təbəssüm yoluna davam edir.
8. "Dersu Uzala” /1975
IMDb: 8,3
Rus ordusuna məxsus tədqiqatçılar meşənin dərinliklərində araşdırma apararkən təbiətin dilindən anlayan, müdrik Dersu Uzala ilə qarşılaşır. Bu qarşılaşma tədqiqatçılara təbiətin və dostluğun mənasını xatırladır və onları yeni məlumatlarla tanış edir.
Vladimir Arsenyevin xatirələri əsasında çəkilən film məşhur yapon rejissora "ən yaxşı xarici film2 nominasiyası üzrə Oskar mükafatı qazandırıb.
Rus-yapon birgə filmi olan "Dersu Uzala” sovet kinosunun imkanları hesabına quruluş verilib. Filmdə kino sənətkarlığını zirvə nöqtəsindədir. Kinonu sevən hər kəsin izləməsi lazım olan bir "təməl əsər" hesab olunur.

9. Z (Ölümsüz) / 1969
IMDb: 8,2
Liberal siyasətçi Yves Montard çox sayda düşmənə sahib olan şəxsdir və bir gün dövlətin "sağçıları"nın təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Dövlətin yeni vəzifəsi bu qorxunc cinayəti gizlədib, vaxt keçdikcə isə bütövlüklə ört-basdır etməkdir.
İş üçün təyin olunmuş prokuror hadisəni araşdırdıqca bu ölüm hadisəsinin sıradan bir qəsd olmadığını öyrənir. Qısa müddət sonra bu iddianı daha dərindən araşdırmağa başlayır və beləliklə, dövlətin gizlində saxladıqlarını üzə çıxarmağa və güzlində qalan düşmənlə amansız mübarizə aparmağa başlayır.
10. "El Secreto De Sus Ojos” ("Onun gözlərindəki sir”) / 2009
IMDb: 8,2
Ölkənin ən əhəmiyyətli məhkəmələrində birində illərcə sorğu müfəttişi işləyən Benjamin Esposito təqaüdə çıxmağa qərar verir. Təqaüd yaşının çatmamasına baxmayaraq o, bu fikrindən daşınmır. Çünki məqsədi vəzifəsini yerinə yetirərkən rastlaşdığı və onda dərin iz buraxan hadisəni qələmə alıb roman yazmağı planlaşdırır.
Təxminən 30 il əvvəl baş verən bu vəhşi təcavüz və cinayət hadisəsiylə əlaqədar detalları yenidən xatırlamağa başlayan adam təkrar bu iddia üzərində dayanır  və üstü qapadılmış cinayəti işıqlandırmağa qərar verir. Amma bu səfər keçmiş məhkəmə işçisi üçün nə qədər ağır olsa da, yenicə roman yazmağı qarşısına məqsəd qoyan adam üşün biro q dərə sərgüzəştli keçir
Son dövrlər Argentina kinosunun incilərindən hesab olunan bu film ən yaxşı film  mükafatlarının sahibidir.
11. "Jungfrukällan” ("Qızlar bulağı”) /1960 
IMDb: 8,1 
Fundamentalist xristian ailəsinin kilsəyə göndərdiyi qız yolda bir azğının qurbanına çevrilir. Qıza təcavüz olunur və daha sonra qətlə yetirilir. Hadisənin ardından bir evə sığınan təcavüzçülər burada qızın ailəsiylə qarşılaşır və qanlı bir şəkildə yox edilirlər.
Ingmar Bergman filmi bəlkə də müasir qorxu filmlərinin banisi hesab olunur. Çünki "Qızlar bulağı" qanlı intiqam hekayəsi ilə baxanların yaddaşlarından silinməyəcək dərəcədə ustalıqla ekranlaşdırılıb. Ustad rejissor bu filmində təqsirsizlik, ehtiras, paganizm və dini inanc kimi anlayışları bir araya gətirərək tamaşaçı müzakirəsinə çıxarır.
12. "Såsom I En Spegel” ("Aynanın içindən”) / 1961 
IMDb: 8,1 
İnsan ruhunun labirintlərində dolaşan, bənzərsiz təsvirləri ilə yaratdığı əsərlərinə görə tanınan Ingmar Bergmandan daha bir film: Karin, həyat yoldaşı Martin, atası David və qardaşı Minusla birlikdə bir adada tətildədirlər. Buna qədər isə Kartin xəstəlik səbəbi ilə bir neçə ay ağıl xəstəxanasında qalıb. Əri Martin arvadını çox sevməsinə baxmayaraq onunla ünsiyyət qurmaqda və onunla çəlaqə yaratmaqda çətinlik çəkir. Atası David isə öz dünyasına bağlı bir yazardır. Minus də sevgi və şəfqətə acdır. Ailə içində inkişaf edən gözlənilməz hadisələr, bütün əlaqələri kökdən dəyişdirəcək.

13. "La Strada” ("Sonsuz küçələr”) /1954 
IMDb: 8,1 
Kasıb ailədən olan Gelsomniya pul qarşılığında sirk ustası olan bədxasiyyət Zampanoya satılıb. Birlikdə səfərə çıxan bu iki fərqli xarakterli insanlar dünyaya da fərqli baxışlarla baxırlar. Həssas Gelsomniya yaxşı niyyətli, dostcanlı və şən bir mələk xarakterinə sahib ikən, Zampanonun həyatı pul, seks və yeməkdir. Çox keçmədən Zampanoya vurulan sevimli Gelsomniya bu eşq üzündən parçalara ayrılacaq, ancaq əsla ümidini itirməyəcək.
Fiziki və ruhi şiddətlərlə Gelsomniyanın ruhunu günbəgün yoran Zampano peşmançılığın ən acı hallarını dadacaq. "Sonsuz küçələr” məşhur İtalyan rejissor Federiko Fellininin reallıqla romantikanın bir araya gətirdiyi sirk nağılıdır. Film "ən yaxşı xarici film” nominasiyası üzrə Oskara layiq görülüb.

14. "İndagini Su Un cittadino Al Di Sopra Di Ogni Sospetto” ("Bütün şübhələrdən kənar şəxsin istintaqı”) / 1970 
IMDb: 8,1
Əslində filmin adı onun tam qayəsini açaraq ortaya qoyur. Elio Petrinin bu filmində bir polis aşnasını öldürür. Cinayətin izini azdırmaqdansa o, işin üstünün açılması üçün müstənqitləri düzgün istiqamətə yönləndirir. Amma hər şey aydn olanda həmkarları onu nəinki günahkar hesab edirlər, həm də aciz adlandırırlar.  
Filmin sonu Frans Kafkanın "Proses” romanından götürülmüş bu sitatla bitir: "Bize necə görünməsindən asılı olmayaraq, o Qanunun xidmətçisidir, deməli qanuna aiddir, mehkeme insanliga aid deyil”
Film 1970-ci ildə "ən yaxşı xarici film” nominasiyası üzrə Oskara layiq görülüb.
15. "8½” ("Səkkiz yarım”) / 1963 
IMDb: 8,1 
Bir Federiko Fellini filmi
Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır. Lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz.
Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir. Lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır.
Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var. Versiyalardan biri isə belədir: Bu rəqəm Federiko Fellininin filmoqrafiyasında bu filmin sıra nömrəsini bildirir. Belə ki, bu filmə qədər Fellini 6 tammetrajlı və 2 qısametrajlı və eləcə də rejissor Alberto Lattuada ilə birlikdə 0,5 film (yarımfilm) çəkmişdi. Ona görə də 6+2+0,5=8,5...
Fellini özü isə filmin əsas məğzini belə açır: "Mənim personajım çıxış yolunu görmədiyi dolaşıq situasiyaya düşüb. Onun həyatında bəlkə də nədənsə tuta biləcəyi heç nə yoxdu. O, axınla birgə üzür, hərçənd, belə həyat onun özünə də dəhşətli sərsəmlik, mənasızlıq, məqsədsizlik kimi gəlir. Mən bir çox ölçülərdə insan mahiyyətinin, varlığının portretini ortaya çıxaran film yaratmaq istəmişəm. Daha doğrusu, insanın özündə ehtiva etdiyi bütün dünyanı göstərməyə çalışmışam. Ona görə insanı müxtəlif planlardan, daha doğrusu, onun fiziki həyatından, hisslərindən, arzularından, xəyallarından, xatirələrindən danışdığım film düşündüm. Bunu elə danışmaq lazım idi ki, xaotik, ziddiyyətli, dolaşıq ümumidən insan mahiyyəti bütün mürəkkəbliyi ilə meydana gəlsin".
16. "La Nuit américaine” ("Amerika gecəsi”) /1973 
IMDb: 8,1 
Fransa və İtaliyanın birgə istehsalı olan bu filmdə rejissor Fransua Tryuffo özü də rol alıb. Bu əsər ona çox uöur qazandırıb. Film bir film çəkilişindən və qrupun başına gələn hadisələrdən bəhs edir.
Bu əsər ilk dəfə Kann Film Festivalında nümayiş etdirilib və mükafata layiq görülüb. Daha sonra isə Oskara gedən yol filmə də, onun yaradıcı qrupuna da qələbələr qazandırıb.
17. "Moskva slezam ne verit” ("Moskva göz yaşlarına inanmır”) /1980
IMDb: 8,1 
Film bir qadının həyat hekayəsindən bəhs edir. Sovet qadının hansı çətinliklərdən keçərək həm həyatda, həm də ictimai işlərdə qələbə qazana bilməsi filmin əsas süjet xəttini təşkil edir.
Həm film yaradıcıları, həm də gözəl aktyor heyəti ilə siovet filmlərinin incilərindən hesab olunan bu film öz mahnıları ilə də yaddaşlardan silinmir.
Filmin maraqlı tərəflərindən biri də odur ki, bu film 1981-ci ildə "ən yaxşı xarici film” nominasiyası üzrə qalib elan olunmuş ilk sovet filmidir.
18. "Fanny och Alexander” (Fanni və Aleksandr)/1982
IMDb: 8,1 
Filmdəki hadisələr 1907-1910-cu illəri əhatə edir. Süjet xəttinin mərkəzində iki uşağın taleyi dayanır - Aleksandr və Fanni. Onlar xoşbəxt bir ailənin iki kiçik qardaşıdır. Xoşbəxtlik atalarının ani ölümünə qədər davam edir.
Qısa müddət sonra yaraşıqlı bir rahibin evlənmə təklifini qəbul edən ana bütün ailəni bədbəxtliyə sürükləyir. Rahibin evinə köçən ailə burada həbsxana həyatı yaşamağa məhkum olunurlar. Amma bu müqəddəratı dəyişməyə onların gücü çatacaqmı? İsveç kinosunun ən görkəmli rejissoru Ingmar Bergman imzalı olan filmin rejissoru Akademiya Mükafatlarında ən müvəffəqiyyətli performansına malikdir. Altı kateqoriyada Oskara namizəd göstərilən bu əsər "ən yaxşı xarici film” adınalayiq görülüb.
19. "Mar Adentro”  ("İçimdəki dəniz”) /2004
IMDb: 8,1 
"İçimdəki Dəniz”(Mar Adentro) ispan rejissor Alexandro Amenabarın rejissorluğunu etdiyi 2004-cü il istehsalı olan biqrafik filmdir. Film real hadisələrə əsaslanaraq ssenariləşdərilib. Baş rollarda Xaviyer Bardem, Belen Rueda, Lola Duenas kimi aktyorlar iştirak edirlər.
Film vaxtı ilə gəmidə mexanik kimi işləyən Ramon Sampedro adlı ispan bir vətəndaşın həyatından bəhs edir. Bir gün dənizdə olarkən Ramon qəzayla üzləşir. Dənizə dalmaq istəyən Ramon, bilmədən dənizin dayaz hissəsinə baş vurur. Nəticədə başından ağır zərbə alır. Bədəninin boğazdan aşağı hissəsini idarə edə bilmir. 30 il bu vəziyyətdə tək bir otaqda yaşayan Ramon, sonda ölmək qərarına gəlir. Lakin olduğu vəziyyət bunu özünün reallaşdırmasına mane olur. Çarəsiz qalan Ramon onu öldürməyi yaxınlarından istəmək məcburiyyətində olur. Lakin heç kim onun bu istəyini etməyə razılaşmır. Ramon onu öldürmələri üçün dövlətə müraciət edir. Onun bu qərarı məhkəmədə müzakirə edilir. Lakin məhkəmə də bu qərarın qəti əleyhinə çıxır. Hər kəs onu bu qərarından döndərməyə çalışır. Culia – onun hüquqlarını müdafiə edən vəkili və Rosa – onu həyatın gözəl olduğuna, yaşamağa dəydiyinə inandırmağa çalışan həyatına sonradan daxil olmuş biri – hər iki qadın onun daim yanında olurlar. Nə qədər insan Ramonu fikrindən daşınmağa sövq etsə də o, öz fikrində qalır. Onun yalnız bir istəyi vardı- ölmək!
Ümumiyyətlə filmin mükafatları çoxdur. Film 2004-cü ildə "Ən yaxşı xarici film” nominasiyasında Oskarı əldə edib. Həmçinin eyni ildə, elə eyni nominasiya da "Qızıl Qlobus” mükafatına da layiq görülüb. Bunlardan əlavə Venesiya festivalında ən yaxşı film seçilib, "Qızıl Şir”ə namizəd göstərilib.
20. "Okuribito" (ingiliscə, "Departures” , azərbaycanca "Uçuş”) / 2008 
IMDb: 8,1 
2008-ci ildə çəkilmiş yapon filmidir. Filmin rejissoru Yedzziro Takitodur. Elə həmin il film "ən yaxşı xarici film” nominasiyası üzrə Oskar alıb. Amma mükafatlar sadəcə bununla  bitməyib.
Filmin süjet xəttini peşəkar musiqiçinin başına gələn hadisələr təşkil edir. Violençelist Dayqo Kobayasi bütün həyatını sənətinə sərf etməsinə, hətta yüksək səviyyəli musiqiçi olmasına baxmayaraq heç bir uğura imza ata bilmir. Bu film Yaponiyanın dini inanclarına və ənənələrinə bir çox mənalarda komik və romantik bir baxış tuşlayır. Ölümün bir sonmu, yoxsa yeni bir səfərin başlanğıcımı olduğunu sorğulayan film tamaşaçıda son dərəcə sadəlövh və aldığı mükafatları sonuna qədər haqq edən bir istehsal olduğunu sübuta yetirir.
21. "Obchod na Korze” ("Mərkəzi prospektdəki dükan”) /1965 
IMDb: 8,0 
Filmdəki hadisələr II Dünya Müharibəsinin ən qızğın dövrlərindən birində, Çexslovakyada cərəyan edir. Döyüşün gətirdiyi yoxsulluğa və ağrılara düçar olmuş qəhrəman Rozália Lautmannovádır.
Köhnə və təvazökar bir dükana sahib olan yaşlı qadının ən böyük günahı bir yəhudi olmasıdır. Yaşadığı yer faşist işğalı altındadır. Bölgənin yeni lideri isə son dərəcə irqçi bir adamdır. Köhnə bir dülgər olan Anton "tono" Brtkobu da bir əmrlə yaşlı qadını və köhnəlmiş dükanını nəzarət üçün bu əraziyə təyin edilir. Bu vəziyyəti anlayan və həqiqəti bilən qadınla bucür şərtlə boyun əyən bir adamla arasında qəribə bir münasibət başlayır.
22. Sciuscià (ingiliscə "Shoeshine”, azərbaycanca "Çəkməsilən”) /1946
IMDb: 8,0 
İtalyan film yaradıcılığından yadigar qalan ağ-qara dram əsəri. Filmin rejissoru Vittorio De Sikadır. Filmin premyerası 27 aprel 1946-cı ildə baş tutub.
Filmə çəkilən aktyorlar heç də professional olmayan adamlardır. Əsasən küçə uşaqları obrazlarını yaradıblar.
Qalib gələn pornoqrafiya və təsirsiz siyasi sistemin əzici güclərini məğlub etmə səylərinin gerçək hekayələrindən ilham alınıb. De Sikanin filmi kasıblıq və işsizlik dolu xaos dünyasına atılan iki gənc uşağın bəlalı həyat əhvalatını izah edir.
23. "Le Charme discret De La Bourgeoisie” (Burjuaziyanın gizli cazibəsi) /1972 
IMDb: 8,0 
Filmin hekayəsi çox sadədir. Yuxarı sinif üzvü olan bir qrup burjua yeməkdə görüşmək və son dövrün modasını, siyasi hadisələrini, təzə dedi-qoduları paylaşmaq istəyirlər. Lakin elə vəziyyətlərlə qarşılaşırlar ki, nəzərdə tutulan görüşmə və yemək heç cür reallaşmır. Onun yerinə son dərəcə "axmaq” və komik hadisələr ortaya çıxır.
Rejissor filmdə əxlaqi mənada müzakirəyə çıxardığı burjuvaziyanı sərt bir şəkildə tənqid edir. Amma bunu edərkən quru yumordan da faydalanır. Rejissorun qısa dövrlərinə xas dağıdıcılıq və olğun dövrünə aid ssenari bacarığı bu filmi klassiklər arasına qoyur.
24. "Amarcord” ("Amarkord”) /1973
IMDb: 8,0 
Federiko Fellinin çox məşhur filmlərindən biri haqqında danışacayıq.
Film çox sadə bir dillə ifadə olunur. Bəzən lirik, bəzən komik, bəzən də ədəbsiz. Diqqət mərkəzində Diqqət mərkəzində  təvazökar ailə dayanır: Titta, onun valideynləri, babası,  əmisi Theo.
25. "Utomlyonnye Solntsem” ("Günəşdən usanmışlar”) /1994
IMDb: 8,0 
Nikita Mixalkovun rəhbərliyi ilə 1994-cü ildə ekrana gələn film. Filmin ssenarisini Rüstəm İbrahimbəyov yazıb. Film 1994-cü ildə "ən yaxşı xarici film" nominasiyasında qalib gələrək,Oskar mükafatına layiq görülüb.
1930-cu illərin ortaları ... Rusiya ... Polkovnik Kotov bir inqilab qəhrəmanıdır. Gənc arvadı, kiçik qızı, ailəsi və döyüşdən sağ çıxmağı bacaran yoldaşlarıyla birlikdə kefli bir tətil keçirməkdədir. Qəflətən geri dönən Dmitri isə özü böyük bir faciə gətirəcək.
Qısa müddətdə polkovnikin kiçik qızı Nadia da daxil olmaq qadınları başdan çıxaracaq. Kotov bu vəziyyətə qarşı qeydsiz qalmağı istəmir. Çünki bu insanlar, Stalinin dövrünü yaşayırlar.
26. No Man s Land ("Tərəfsiz bölgə”) /2001
IMDb: 8,0 
1993-ci ildəBosniya müharibəsinin ən qanlı günləri cərəyan etməkdədir. Serb əsgərlər ilə bosniyalılar arasındakı, nəzarətsiz bölgədə yollarını itirən bir qrup bosniyalı əsgər özlərinə tərəf açılan atəşdən qaçmaq üçün tapdıqları boş bir sipəri sığınacaq olaraq istifadə edirlər.
Geriyə yalnız Chiki qalıb. Yaralı olan digər serb əsgəri də qısa bir müddət sonra eyni sipərə sığınmaq məcburiyyətində qalır. Bu bölgədən xilas olmaq üçün bu iki düşmən əsgər bir-birlərindən faydalanmaq məcburiyyətində olacaqlar.
27. Amour ("Məhəbbət”) /2012
IMDb: 7,9 
80-ci illərdə təqaüdçü və təhsilli iki musiqi müəllimi olan Georges və Anna yaşların çox olmasına baxmayaraq geridə qalan ömürlərini dinclik və xoşbəxtlik içərisində keçirən bir cütlükdür. Ayrıca özləri kimi musiqiçi olan qızları Eva Avropada onlardan uzaqda öz ailəsiylə yaşayır.
Yaşlı cütün sakit həyatı bir gün ananın böhran keçirib boyundan aşağısının iflic olması ilə alt-üst olur. Georges sevgili arvadına əlindən gəldiyincə yaxşı baxır, amma onun edə bildiyi kömək məhdud saydadır. Üstəlik ananın vəziyyəti get-gedə pisləşməkdədir. Georges çarəni ən sonunda iki ayrı tibb bacısı tutmaqda tapır.
Rejissor Michael Hanekenin son filmi olan yarı avtobioqrafik istehsalın baş rollarını Jean-Louis Trintignant və Emmanuelle Riva paylaşır.
2012-ci ildə Kann Film Festivalında "Qızıl palma” ilə qayıdan film ən yaxşı əsərlər arasında göstərilir.
28. "Wo hu Cang long” ("Oturan pələng, gizlənən əjdaha”) /2000 
IMDb: 7,9 
Film 2000-ci ildə istehsal edilib. Bu film Oskar mükafatının müxtəlif kateqoriyası üzrə 4 mükafat və 6 nominasiyaya layiq görülüb. Film Vanq Dulu (1909-1977) adlı çin yazıçısının "Dəmir-Durna Seriyaları" adlı əsəri əsasında hazırlanıb.
Filmdəki hadisələr Tzin sülaləsinin dövründə baş verir. Döyüşçü Li Mu Bay "Yaşıl tale" adlı sehrli qılıncını dostuna verərək, dərin meditasiya düşüncəsinə gedir. Bu müddətdə qılınc naməlum oğrular tərəfindən oğurlanılır. Li Mu Bay bu qılıncı tapmaq üçün yollanır və müxtəlif macəralarla qarşılaşır...

29. "Todo Sobre Mi Madre” ("Anam haqqında hər şey”) /1999 
IMDb: 7,9 
Madriddə yaşayan yalnız bir ana olan Manuela hələ 17 yaşındakı oğulunun ad günündə həyatını itirməsinin şahidi olur.
Gənc Esteban müvəffəqiyyətli bir yazar olmağı və bir gün atasının kim olduğunu öyrənməyi ümid edərək yaşayıb. Oğlunun gündəliyini oxuyan Manuela sonra Barselonaya gedib oğlunun atasını axtarmağa başlayır. Bu müddətdə yaşayacaqları eşq, dostluq və kədər dolu anlara səbəb olur.
İspan kinosunun dahi rejissoru Pedro Almodovarın beynəlxalq arenada da böyük əks-səda oyandıran, hətta Oskar qazanan əsəri son dərəcə kədərli və də əyləncəli bir film ortaya qoyur.
30. "Jeux Interdits” ("Qadağan olunmuş oyunlar”) /1952
IMDb: 7,9 
Dünyanın ən dağıdıcı və qanlı döyüşlərindən biri olan II. Dünya müharibəsinin izləri hələ yaddaşlarda yeni ikən çəkilmiş bir filmdir.
1951-ci il istehsalı olan film öz müvəffəqiyyət ilə müharibənin dəhşətini və mənasızlığını olduğu kimi əks etdirir ... 1940-ci ildə qaçqınların Almaniyadan qaçışını izləyirik ... Faşist dəstələri isə  qadın uşaq-muşaq demədən nifrət saçmaqdadır ...
31. "Mon oncle” ("Əmim”) /1958
IMDb: 7,9 
Filmdəki Arpel cütlüyü Marie-France kimi jurnalların tövsiyə edə biləcəyi ictimai müvəffəqiyyətə malikdirlər. Adam ciddi bir iş adamı, qadınsa qüsursuz bir ev qadınıdır. Mülklərindəki hər şey yenidir: ev, bağça, çınqıl döşəmə.Bu qəhrəmanların aləmində çatışmayan cəhətlər də var: həyat zövqü,  israf edilmiş günlər, başdan ayağa qədər ruhu əzmələr. Kiçik Arpel bu ruhu ancaq "ailənin üzqarası” olan əmisi Cənab Hulotyla kəşf edir. Hulot xoşbəxtdir; hər kəsin bir-birini tanıdığı, insanların çox sadə bir qayda, yəni nəzakət çərçivəsində hərəkət etdiyi kiçik bir məhəllədə yaşayır. Onun Arpel evinə gəlişi müxtəlif fəlakətlərə yol açır. Yalnız evin kiçik oğlu cinayət ortağı və dostu olaraq əmisinə əlini uzadır.

32. "Ostre Sledované Vlaky” ("Qatarlarda sərt nəzarət” ) /1966
IMDb: 7,8 
Bir şəhər stansiyasındakı naşı bir qatar hərəkət məmuru olan Miloş Hrma fərqli bir tipdir. O bir tərəfdən işinə sahib çıxaraq üzərindəki uniforma haqqını vermək istəyir. Digər tərəfdən də bir az utancaq və həbs quruluşu ilə qarşı cinslə yaxınlaşma təcrübəsini yaşamaq istəyir. Lazım olan performansı göstərən isə ümidsizlik içində qalar. Atası özünü zəmanət altında tutaraq cəbhə arxasında qalmış və stol üstü işləri ilə vəziyyəti idarə etmiş biridir. Həmin vaxtlar, Alman işğalının sona çatdığı anlardır.

 33. "Voyna i Mir” ("Hərb və Sülh”) /1966
IMDb: 7,8 
Tolstoyun dörd cildlik nəhəng əsərinin ekranlaşdırılmış variantıdır.
Tarixi detalların inanılmaz bir diqqətlə köçürüldüyü filmdə 45 dəqiqəlik döyüş səhnələri o qədər həqiqidir ki, çəkilişlərdə 120.000 nəfərlik bir ordu yaradılmış və bir çox at öldürülmüşdü. SSRİ-dəki muzeylərdən alınan əşyaların istifadə edilməsi filmi son dərəcədə gerçəkləşdirməyə yaxınlaşdırır. "Hərb və Sülh" eyni adlı romandakı duyğuları və atmosferi də müvəffəqiyyətlə kino dilinə köçürüb. "Ədəbiyyatla kinonun qüsursuz evliliyi" olaraq xarakterizə edilən filmin çəkilişləri, yeddi il davam edib, istehsalda minlərlə oyunçu rol almış və dövrün şərtlərində 100 milyon dollara başa gəlmişdi. Bu diametrdə bir filmi indiki vaxtda reallaşdırmaq üçün 700 milyon dollardan çox büdcə lazımdır. Məhz bu amil "Hərb və Sülh” ən bahalı filmlərdən biri edib.

34. "Les Dimanches də Ville D'Avray” ("Vil-d Evredə bazar günü”) /1962
IMDb: 7,8 
Vyetnamda təkrarlanan bombalama hadisəsi əsnasında bir uşağı öldürdükdən sonra Fransaya qayıdan Pierre stress və qismən yaddaş itkisinə məruz qalır. Günlərini sanki bitki mənşəli həyatda yaşayan bir ot kimi keçirməkdədir. İnternat məktəbində atası tərəfindən tərk edilmiş bir gənc qızla tanış olan Pierre onunla vaxt keçirmək və yaddaşını qurtarmaq üçün, hər bazar qızla görüşməyə başlayır. Bu günahsız dostluq demək olar ki, hər kəs tərəfindən səhv şərh olunur.

35. "Mephisto” ("Mefisto”) /1981
IMDb: 7,8 
1930-cu illərin sənət ictimaiyyətinin ən sevilən adlarından biri olan Hendrik Hoefgen dövrün ən məşhur teatr sənətçilərindən biridir. Qısa müddət sonra iqtidara gələn nasistlər sənət da daxil olmaq üzrə şəhərin bütün həyat nizamını təhlükəyə atırlar. Faşist rejimi altında şiddətə və təzyiqə məruz qalan onlarla sənətçi yoldaşının əksinə, siyasi davranan Hendrikin tək dərdi karyerasını zədələməməkdir. Ancaq düşdükləri mühit vaxt keçdikcə şiddətini artırır və reaksiyasız qalmaq qeyri-mümkün hala gəlir.
36. "Babettes Gæstebud” ("Babettenin bayramı”) /1987
IMDb: 7,8 
Film 1987-ci ildə Danimarkanın sahil qəsəbələrindən birində iki qızla bağlı əhvalatla başlayır. Yaşadıqları kənd, qatı dini və əxlaqi qaydaların basqın olduğu bir yaşayış yeridir və gündəlik həyatlarının ən sadə detalları belə qadağalarla formalaşdırılmışdır. İki bacı evlənərək həyatlarını qurtarmaq şansıyla qarşılaşırlar, ancaq ataları buna icazə vermir.
İllər sonra ata həyatını itirdiyində qaçqın olaraq Fransaya köçürlər və hər şeyə sıfırdan başlayırlar. Babette atalarının 100-cü ad gününü şərəfinə bir qonaqlıq verməyə qərar verir və bu hadisə hər biri üçün qeyri-adi bir təcrübə olacaq. "Ən yaxşı xarici film” nominasiyası üzrə Oskar mükafatına layiq görülən filmin rejissoru danimarkalı rejissor Gabriel Axeldir.

37. "Pelle Erobreren” ("Fatih Pelle”) /1987
IMDb: 7,8 
19-cu əsrin sonları ... Şimalın soyuq ölkəsi İsveçdə xalq aclıq və işsizlikdən qırılmaqdadır. Çarəsizlik içindəki bir qrup İsveçli, tapa bildikləri bir qayıqla Danimarkanın Bornholm adasına gəlirlər. İş tapa imkanları baxımından İsveçə görə bir az daha yaxşı vəziyyətdəki bu qonşu ölkəyə ayaq basanlar arasında, kiçik Pelle və onun atası Lasse də vardır.
38. "Kolja” ("Kolya”) /1996
IMDb: 7,8 
Frantisek Louka (Zdenek Sverak) Çexoslavakiyada dövlət konservatuarında violonçel çalan bir subaydır. Orkestrdəki işini itirincə pul qazanmaq üçün cənazələrdə çalmağa və məzar daşlarını boyamaya başlayır. Ancaq borcu getdikcə böyüyür və yoldaşı Mr.Broz (Ondrej Vetch), Rus bir qadınla evlənməsi üçün onu razı edir. Qadın Louka'yla Çexislavakya vətəndaşı ola bilmək üçün evlənir, ancaq evləndikdən sonra Qərb Almaniyadakı sevgilisinə qaçır. Geridə buraxdığı beş yaşındakı oğlu Kolyanın (AndrejChalimon) nənəsi ölüncəKolya ögey atasıyla yaşamaq üçün Çekoslavakyaya gəlir.

39. "Character” ("Xarakter”) /1997
IMDb: 7,8 
20-ci illərdə Rotterdamda keçən hekayədə. Ümid vəd edən gənc vəkil Katadreuffe sələmçi Dreverhaveni öldürməsi səbəbiylə həbs olunur. Özünün günahsız olduğunu söyləsə, belə saatlarla sorğulanması davam edir.
Sorğulama zamanı hadisələr yenidən yaşanır və fərqli ölçülər ortaya çıxırскачать dle 11.1смотреть фильмы бесплатно
  • Назад