» » Asif, Vasif, Ağasif (1983) kohne Azerbaycan filmi izle

Favori Asif, Vasif, Ağasif (1983) kohne Azerbaycan filmi izle

Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin (Leyla Bədirbəyli) hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir. Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər", daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir...

Rejissor: Rasim İsmayılov
Ssenari müəllifi: Nadejda İsmayılova
Operator: Aleksandr Melkumov
Rəssam: Məmməd Hüseynov
Bəstəkar: Ruhəngiz Qasımova

Asif Vasif Agasif 1983 kohne Azerbaycan kinosu izle, Asif Vasif Agasif 1983 film seyret, Asif Vasif Agasif 1983 online izle, Asif Vasif Agasif 1983 full tek parcaскачать dle 11.1смотреть фильмы бесплатно
Asif, Vasif, Ağasif (1983) kohne Azerbaycan filmi izle
  • Назад